Əsas fəaliyyət sahələrimizdən biri Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən reklam daşıyıcılarında, eləcə də, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Boeing” və “Airbus” tipli təyyarələrdə olan monitorlarda audio-video reklamların yayımlanmasıdır.
Fəaliyyətimiz dövründə bu istiqamətdə gördüyümüz işlər şirkətimizi etibarlı biznes tərəfdaşı kimi tanıtmışdır.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarə parkının daim genişləndiyindən və uçuşlarının günbəgün dünyanın daha çox nöqtəsini əhatə etdiyindən, yayımladığımız reklamlar getdikcə daha çox auditoriyaya çatdırılır və rəğbətlə qarşılanır.
Xüsusən də, beynəlxalq reyslərdə uçan sərnişinlərin reklamverənlər üçün potensial hədəf kütləsi olması reklam daşıyıcılarımızın effektivliyini daha da artırır. Cari olaraq aşağıdakı reklam üsullarını müvəffəqiyyətlə tətbiq etməkdəyik:
· Təyyarədaxili reklam;
· Hava limanında rəqəmsal posterlər;
· Hava limanında laytbokslar;
Əlavə suallarınız üçün bizimlə əlaqə saxlayın.
info@airmedia.az
+994 12 565 11 21