az
en ru
az
en ru
HAQQIMIZDA
Biz kimik? Karyera Vakansiyalar
Biz kimik? Karyera Vakansiyalar
XİDMƏTLƏR
Air Entertainment Air Transfer Air Media
Air Entertainment Air Transfer Air Media
PARTNYORLAR
ƏLAQƏ

Air Entertainment

TƏYYARƏDAXİLİ ƏYLƏNCƏ SİSTEMLƏRİ ÜZRƏ XİDMƏTLƏR KONTENT SEÇİMLƏRİ TEXNİKİ XİDMƏTLƏR KREATİV XİDMƏTLƏR

Təyyarədaxili Əyləncə Sistemləri üzrə Xidmətlər

Aparıcı kontent xidmətləri təminatçısı olaraq, Air Entertainment regionda təyyarədaxili əyləncə sistemləri (Inflight Entertainment – IFE) üzrə uyğun qiymət və yüksək keyfiyyət baxımından bir sıra xidmətlər göstərməkdədir.  

Simsiz yayımlama həlləri

Bu, IFE xidmətlərini davamlı olaraq inkişaf etdirməyə və IFE həllərini həyata keçirməkdə maraqlı olan müştərilər üçün yenilikçi bir modeldir. Müasir aviasiya dünyasında IFE həllərini qurmaq və saxlamaq bahalı prosesdir. Dünyanın aparıcı Simsiz (wireless) sistem provayderləri ilə davamlı əməkdaşlıq təcrübəsi ilə, Air Entertainment hava gəmisində sərnişinlərlə öz vaxtlarını əyləncəli və səmərəli keçirmələri üçün unikal bir imkan yaradır. Simsiz IFE sərnişinlərin öz fərdi portativ cihazlarını rahatlıqla əyləncə platformasına çevirməyə xidmət edir.

Kontentli planşetlər

Dünya premyeraları, audio albomları, sənədli filmləri, televiziya şoularının da yer aldığı qabaqcıl IFE məzmunlu yeni planşetlərin təqdim edilməsi, şübhəsiz ki, müştərilərə verdiyimiz ən səmərəli həllərdən biridir.

Təyyarədaxili internet

AirGroup müştərilərə təyyarədaxili internet həllini təqdim etməkdən qürur duyur. Tərəfdaşlarımız ilə apardığımız uğurlu əməkdaşlıq sayəsində, təyyarə göyərtəsində internet xidmətlərini tətbiqində bir neçə üsul inkişaf etdirıb, onları sizinlə böyük məmnuniyyətlə paylaşırıq.

Köhnəlmiş IFE avadanlıqlarının əvəzlənməsi

Komandamız müştərilər üçün hazırki IFE ləvazimatlarını yeni IFE sistemləri ilə əvəz etməkdə hər zaman yardımçı olmağa hazırdır. Müştərilərimizə IFE sistemlərini yeniləməyə imkan yaradacaq böyük layihələrimiz vardır.

Texniki dəstək

AirGroup texniki dəstək heyəti günün 24 saatı müştərilərin xidmətindədir. Şirkətimiz lazımi texniki məsələləri həll etmək və aylıq hesabatları dəqiqliklə təmin etmək bacarığına malik səriştəli mütəxəssislər qrupuna sahibdir.

Haqqımızda
Xidmətlər
Partnyorlar
Əlaqə
Copyright © 2022 AIRGROUP. All Rights Reserved.