az
en ru
az
en ru
HAQQIMIZDA
Biz kimik? Karyera Vakansiyalar
Biz kimik? Karyera Vakansiyalar
XİDMƏTLƏR
Air Entertainment Air Transfer Air Media
Air Entertainment Air Transfer Air Media
PARTNYORLAR
ƏLAQƏ

Air Entertainment

TƏYYARƏDAXİLİ ƏYLƏNCƏ SİSTEMLƏRİ ÜZRƏ XİDMƏTLƏR KONTENT SEÇİMLƏRİ TEXNİKİ XİDMƏTLƏR KREATİV XİDMƏTLƏR

Texniki Xidmətlər

XXI əsr yüksək texnologiyalar əsridir. Aviasiya səhəsində isə ən qabaqcıl texnologiyalardan istifadə olunur ki, bu da uçuşların təhlükəsizliyini, rabitə əməliyyatlarının qüsursuz gedişinin və təqdim olunan audio-video materialların mülki aviasiyanın standartlarına uyğun olmasını təmin etməyi nəzərdə tutur.

AirGroup şirkətinin texniki laboratoriyası yüksək ixtisaslı, televiziya və kino sahəsində böyük təcrübəyə malik yaradıcı və peşəkar ekspert şirkətlərlə əməkdaşlıq edir.

Təyyarədaxili əyləncə sistemlərinin tələblərinə uyğun olaraq, təcrübəli mütəxəssislərimiz istənilən kontenti düzgün ekran aspekt əmsallarına uyğunlaşdırmaqda, habelə, bütün audio və video formatlar üzərində işləməkdə səriştəlidirlər.

​​​​​​​Aparılan montaj işləri zamanı müvafiq kontentlərdə səslərin nizamlanması, çoxdilli audio treklərin və idarə olunan subtitrlərin yaradılmasını maneəsiz olaraq həyata keçiririk. Həmçinin, 2D və 3D qrafika üzrə mütəxəssislərimiz qısa zamanda ərzində təyyarədaxili təhlükəsizlik texnikasına və uçuşların təhlükəsizliyinə dair xüsusi filmlər və animasiyalar yarada bilirlər.

Sərinişinlərin təqdim etdiyimiz təyyarədaxili əyləncə sistemlərinin yüksək keyfiyyətindən razı qalmaları üçün bütün bacarıq və professionallığımızdan istifadə edir, habelə, günbəgün yenilənən texnologiyalar üzrə təkminləşməkdə davam edirik.

Redaktə etmə

Təqdim olunan materialların təyyarədaxili avadanlıqlarda – fərdi monitorlar, başüstü ekranlar, portativ ləvazimatlar və audio texnikasında – ən optimal formada nümayiş etdirilməsi və səsləndirilməsi üçün, həmin kontentlərin xüsusi ayrılmış laboratoriyamızda müvafiq tələblərə və standartlara uyğun şəkildə redaktə etmək iqtidarındayıq.

Səriştəli texniki heyətimiz lazımi nəticələri əldə etmək üçün; yəni materialların sistem daxilində məqbul vaxt ərzində və uyğun şəkildə yayımlanmasını xüsusi redaktə etmə əməliyyatları vasitəsilə yüksək səviyyədə həyata keçirir.

Kodlaşdırma

Təyyarədaxili əyləncə sistemlərində əlahiddə kodlaşdırma praktikası da mövcuddur ki, bu xidməti də AirGroup şirkəti mümnuniyyətlə öz  müştərilərinə təqdim edir. Sözügedən xidmətə MPEG, MP4, eləcə də, CD media kimi formatların mürəkkəb kodlaşdırma işi daxildir.

Texniki laboratoriyamızda çalışan və ən müxtəlif audio və video kontenti emal etmək qabiliyyətində olan yüksək peşəkarlığa malik mütəxəssislərin əməyi nəticəsində MPEG, MP4, CD və VHS kaset formatlarında olan kontent müvafiq qaydada işlənir və təyyarədaxili sistemin texniki göstəricilərinə uyğun formatlara tam olaraq salınır.

Metadata

AirGroup şirkəti aviaşirkətlərin istidafə etdikləri xüsusi təyyarədaxili əyləncə sistemləri ilə yaxından tanış olmaqla barəbər, həmin proqram təminatlarını daha dərindən öyrənir və gündəlik praktika sahəsində həmin sistemlərin professional surətdə mənilmsəməyə daimi olaraq səylə çalışırlar.

Beləliklə, seçilmiş kontentlərin həmin sistemlərin texniki, dövri və sıralanma qaydalarına uyğun olaraq tərtib edilməsi çox vacib məsələlərdən biridir.

AirGroup şirkətinin lazımı təlimləri müvəffəqiyyətlə bitirmiş və ən müasir biliklərə yiyələnmiş metadata komandası kontentləri idarəetmə qabiliyyətinə və yaranan hər hansı çətinliyin asanlıqla aradan qaldırmaq bacarığına malikdir.

Tam inamla deyə bilərik ki, uzunmüddətli təcrübələr əməkdaşlarımıza hər cür təyyarədaxili sistem platformalarında istənilən yenilik, dəyişiklik və düzəlişin aparılmasını uğurla həyata keçirmələrinə geniş şərait yaradır.

Haqqımızda
Xidmətlər
Partnyorlar
Əlaqə
Copyright © 2022 AIRGROUP. All Rights Reserved.